<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Müqəddəs məskənində İL78</title>
<lyrics>[V1]
 Müqəddəs məskənində Allaha həmd edin!
 Möhtəşəm Göy qübbəsində Ona həmd edin!
 Qüdrətli işləri üçün Allaha həmd edin!
 Bol mərhəmətinə görə Allaha həmd edin!

[C1]
   Şeypur səsiylə Ona həmd edin,
   Sazla, tütəklə Ona həmd edin!
   Çənglə, lirayla Ona həmd edin,
   Bütün canlılar, Rəbbi mədh edin!

[V2]
 Yaradanımız Odur, Ona həmd edin!
 Bol əzəmətinə görə Ona həmd edin!
 Ey qocalar, cavanlar, Onu mədh edin!
 Bütün yaradılanlar, Ona həmd edin!</lyrics>
<hymn_number>78</hymn_number>
</song>